Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:37 - 20.11.2019  
“Onlar məndən bublikin dəliyini alacaqlar… ”milyarder bütün pullarını gizlətdi
Tarix: 16-05-2017, 18:48 | Bölmə: ---

Azərbaycanlı milyarder, Rusiya Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədovun 2000-ci ildə rəsmən boşandığı keçmiş arvadının iddiası əsasında London məhkəməsinin çıxardığı məxfi qərar barədə yeni nüanslar məlum olub.

“Onlar məndən bublikin dəliyini alacaqlar… ”milyarder bütün pullarını gizlətdiVirtualaz.org xəbər verir ki, biznesmenin keçmiş arvadı Tatyana Əhmədova hələ ötən il dekabrın 17-də çıxarılmış bu qərardan sonra 6 ay ərzində məsələni məxfi saxlayıb, vəkilləri vasitəsilə dünyanın hər yerində Fərhad Əhmədovun aktivlərini axtararaq onların hansının Britaniyanın yuridiksiyası altına düşdüyünü müəyyənləşdirməyə çalışıb. Lakin ələ keçirmək üçün heç bir aktiv tapılmayanda bu məhkəmə qərarı barədə məlumat Britaniya KİV-lərinə sızdırılıb.

Xəbər verdiyimiz kimi London məhkəməsinin çıxardığı qərara əsasən Fərhad Əhmədov keçmiş arvadına rekord məbləğdə-600 milyon dollara yaxın boşanma təzminatı ödəməyə məhkum edilib. Bu, Britaniya məhkəmələrinin indiyədək çıxardığı ən yüksək təzminat məbləğidir. Qərar Fərhad Əhmədovun və vəkillərinin iştirakı olmadan çıxarılıb. Çünki biznesmen keçmiş arvadı ilə məsələni barışıq yolu ilə həll etmək barədə boşa çıxan səylərindən sonra məhkəmə ilə əməkdaşlığı dayandırıb.

Virtualaz.org bundan əvvəl Fərhad Əhmədovun vəkillərinin məhkəməyə göndərdiyi məxfi bəyanatın mətnini əldə etmişdi və oradan bəlli olurdu ki, biznesmen 17 il bundan əvvəl arvadının Londonda yaşadığı malikanədə ona dəfələrlə xəyanət etdiyini öyrənəndən sonra Moskvada boşanma iddiası qaldırıb. Məhkəmə cütlüyü boşayıb. Həmin vaxtdan etibarən biznesmen keçmiş arvadının Londonda lüks həyatı üçün ona hər il milyonlarla dollar pul verib, 20 milyon funt sterlinq dəyərində mülklə təmin edib, "Mercedes McLaren”, "Maybach” kimi dəbdəbəli avtomobillər bağışlayıb. Buna baxmayaraq Tatyana Əhmədova 2012-ci ildə keçmiş ərinin ona məxsus "Nortgaz” şirkətini sataraq 1.3 milyard dollar əldə etdiyini bilən kimi gizlicə London məhkəməsində təzminat iddiası qaldırıb.

Virtualaz.org araşdırıb ki, London məhkəməsinin ötən ilin dekabrında çıxardığı məxfi qərardan F.Əhmədov gec xəbər tutub. Hansı ki, məhkəmənin qərarına əsasən cavabdeh tərəf 21 gün ərzində, yəni bu il yanvarın 11-nə kimi məhkəmənin hesabına təzminat kimi 450 min funtu ödəməliydi. Yalnız bundan sonra qərardan 21 gün ərzində apellyasiya verə bilərdi. Nəticədə biznesmen Milad bayramı tətili günlərinə görə hətta apellyasiya vermək şansına malik olmayıb. Başqa sözlə, məhkəmənin qərarı milyarderin sərvətinin keçmiş arvadı tərəfindən reyderliklə ələ keçirilməsi səylərinə xidmət edib.

Lakin London Yüksək Məhkəməsinin qərarı İngiltərə və Uels ərazisində qüvvədə olduğundan nə Tatyana, nə onun vəkilləri Fərhad Əhmədovun pullarına çıxış tapa bilməyiblər. Çünki hazırda biznesmenin İngiltərə və Uelsdə aktivləri yoxdur. Aktivlər çoxdan onun Tatyanadan olan oğlanlarının adına keçirilib. Biznesmen özü isə Böyük Britaniyada yaşamır, bu ölkə vətəndaşı deyil və artıq bildirib ki, iki Rusiya vətəndaşının ailə məsələsi ilə bağlı London məhkəməsinin çıxardığı qərarı tanımır.

Lakin Tatyana Əhmədova və onun vəkilləri azərbaycanlı biznesmenin pullarını təkcə İngiltərə və Uelsdə deyil, dünyanın hər yerində axtarırlar. Vəkillər dünyanın hər yerinə məktublar göndərərək Əhmədovun pullarını tapmağı tələb edirlər. Məktublarda hədələyirlər ki, bu işə kömək etməyənlər məhkəmə iddiaları, təqiblər və cərimələrlə üzləşə bilərlər. O cümlədən əməkdaşlıq qarşılığında sanballı mükafat da vəd edirlər. Və bu proses London məhkəməsinin çıxardığı təzminat qərarı barədə məlumatın Britaniya mətbuatına sızdırılmasından əvvəl az qala 6 ay ərzində davam edib.

Bəs nədən bu məlumatı sızdırmağı qərara alıblar? Belə görünür ki, Tatyana və vəkillərinin planları düz getməyib, axı onlar heç nə tapa bilməyiblər. Vəkillər isə qonorar və Əhmədovun ödəməyə məhkum edildiyi təzminatdan faiz gözləyirlər. Və indi məlumatı sızdırmaqla qalmaqal yaratmağa çalışıblar. "Pul isə yoxdur, olmayacaq! Nə qədər axtarırlarsa, axtarsınlar. Onlar ən yaxşı halda bublikin ortasındakı dəliyi ala bilərlər”-Fərhad Əhmədov məhkəmənin qərarına belə yanaşır.

Tatyana Əhmədova sağda

“Onlar məndən bublikin dəliyini alacaqlar… ”milyarder bütün pullarını gizlətdiBəs cənab Əhmədov London məhkəməsinin təzminat iddiası üzrə qərar çıxarmasına bir neçə həftə qalmış məhkəmə ilə əməkdaşlığı niyə kəsib? Virtualaz.org bu sualı Fərhad Əhmədova ünvanlayıb. Biznesmenin cavabı belə olub ki, o, həmin vaxt "Nortgaz” şirkətinə dair kommersiya və digər mühüm sənədləri yad ölkənin məhkəməsinə təqdim etmək istəməyib. Axı söhbət onun vətəndaşı olduğu Rusiyanın iqtisadi maraqlarından gedir.

Lakin keçmiş arvadı biznesmenin seyfindən həmin sənədləri xəlvəti götürərək məhkəməyə ötürüb. F.Əhmədov bunu həm də Rusiya vətəndaşı olan keçmiş arvadı tərəfindən "xəyanət” kimi qiymətləndirib.

Əhmədov deyir ki, keçmiş arvadının 2000-ci ildəki boşanmadan sonra onun biznesinə hər hansı qatqısının olmadığını sübut edən həmin sənədləri məhkəməyə təqdim etsəydi həmin məbləğdə təzminat qərarı verilə bilməzdi. Çünki məhkəmə təzminat barədə iddialara baxarkən üç əsas məsələni nəzərə alır: Birinci, boşanmanın səbəbi. Hansı ki, biznesmenin keçmiş arvadının Londonda pozğun həyat tərzi keçirməsi boşanmanın səbəbidir. İkincisi, birgə yaşayış zamanı qazanılan sərvətdəki rolu. Və biznesmenin keçmiş arvadı nəinki onun sərvətinə sərvət qatıb, əksinə, qazandıqlarını sağa-sola səpməklə məşğul olub. Nəhayət birgə qazanılan sərvətin bərabər bölgüsü. Hansı ki, F.Əhmədov bu sərvəti Rusiyada qazanıb və Britaniya vətəndaşı olan keçmiş arvadı həmin pulların qazanılmasında hər hansı rola malik olmayıb.

"İndi London məhkəməsi sadəlövhcəsinə hesab edir ki, o, Britaniya vətəndaşı olaraq mənim vaxtilə Sibirin 50 dərəcə şaxtasında qazandığım pullara töhfə verib? Özü də rəsmən boşanandan sonra? Digər tərəfdən mən ona boşanandan sonra kifayət qədər böyük məbləğlərdə pul, əmlak vermişəm. İndi isə onun hansısa təzminata iddia etmək haqqı yoxdur, çünki himayəsində yetkinlik yaşına çatmayan uşaqlar yoxdur. Mənim həmin nigahdan olan iki oğlumun hazırda 21 və 23 yaşları var, onlar müstəqil, təmin olunmuş, təhsilli adamlardır. ”-biznesmen bildirib.

F.Əhmədov bildirir ki, keçmiş arvadına Rusiyada boşanma və təzminat iddiası qaldırmaq sərf etmirdi, onun əsas məqsədi Britaniya qanunlarından sui-istifadə edərək pulları ələ keçirmək idi. Bu baxımdan biznesmen London məhkəməsinin qərarının onun üçün "tualet kağızı qədər də dəyər daşımadığını” vurğulayıb. "Onlar üçün isə bu qərar tərqibən 1 milyon funt sterlinqə başa gəlib”-biznesmen əlavə edib.

Vəkillər üçün qonorarın bu qədər yüksək olması isə təəcüblü deyil. Axı Tatyana keçmiş ərinin sərvətinin yarısını ələ keçirmək üçün vaxtilə Çarlz və Pol Makkartninin boşanma prosesində maraqlarını müdafiə edən məşhur vəkil baronessa Şekltonun hüquqşünaslar komandası ilə anlaşmışdı.

F.Əhmədovun hüquqşüanslarından aldığımız məlumata görə indiki halda Tatyana Əhmədovanın vəkilləri nəticəyə, yəni təzminatın alınıb biznesmenin keçmiş arvadına ödənilməsinə görə məsuliyyət daşımırlar. Lakin təzminatın ödənilməsi baş tutsaydı Tatyananın vəkilləri məbləğin 1 faizinə ümid edə bilərdi.

Biznesmen bu məhkəmə çəkişməsi ilə bağlı daha bir maraqlı faktı açıqlayıb. Məlum olub ki, London məhkəməsi təzminat barədə qərarı çıxarmaq ərəfəsində-dekabrın 16-da F.Əhmədovun maraqlarını müdafiə edən vəkili polisin köməyi ilə zorla ifadəyə cəlb edib. Onu vəkillik lisenziyasını almaqla və həbslə hədələyərək biznesmenin bank hesabları barədə informasiyaları ondan alıb. Sanki söhbət London Yüksə Məhkəməsindən deyil, hansısa üçüncü dünya ölkəsinin korrupsiyalaşmış ədliyyə sistemindən gedir.

“Onlar məndən bublikin dəliyini alacaqlar… ”milyarder bütün pullarını gizlətdi

Belə məlum olur ki, F.Əhmədov keçmiş arvadının onun pullarını ələ keçirmək üçün məkrli planları barədə əvvəlcədən duyuq düşərək Britaniyadakı bütün aktivlərini çxarıb. Çünki o, Federasiya Şurasının üzvü kimi 5 il ərzində yuxarı palatanın məhkəmə-hüquq komitəsində çalışıb və qanunları yaxşı bilirdi.

"Görünür Tatyana və vəkilləri unudublar ki, mən "Qazprom” kimi nəhənglə ən əlverişsiz şərtlərlə apardığım korporativ döyüşü udmuşam. İndi onlar hesab edir ki, mən belə asanlıqla halal pullarımın yarısını heç bir haqqı çatmadığı halda ona verəcəyəm? Yuxularında görərlər! Onların yuridikasiyasından asanlıqla yan keçmişəm və aktivlərimi üçqat zirehlə qoruyuram”-Fərhad Əhmədov bildirib.

Biznesmen şübhələnir ki, bu məsələdə London məhkəməsinin də öz maraqları ola bilər-onun pullarını Britaniya iqtisadiyyatına yönəltmək. "Onlar nə vaxt lazım olsa öz maraqları üçün hərəkət ediblər və edəcəklər. Britaniya məhkəmələri həmişə zəngin ərlərin keçmiş arvadlarının tərəfini tuturlar ki, onlar təzminat kimi qopardıqları pulları bu ölkədə xərcləsinlər. Lakin mənimlə bağlı bu iş keçməyəcək!”-biznesmen qeyd edib.

Məhkəmə qərar verərkən Fərhad Əhmədovun hazırda başqa nigahdan olan 3 övlad böyütdüyünü, Rusiya və Azərbaycanda göstərdiyi xeyriyyəçilik fəaliyyətini, onun xeyrinə olan bütün digər amilləri nəyə görəsə nəzərə almayıb. Və rekord məbləğdə təzminat barədə qərar çıxarıb.

Bəs biznesmenin Tatyanadan olan iki oğlu bu məsələyə necə yanaşır? F.Əhmədova bu sualla da müraciət etdik. Biznesmenin bildirdiyinə görə, övladları bu məsələdə onun tərəfindədirlər və analarının həm vaxtilə evli olduğu vaxtlarda ona xəyanətinə, həm ayrılandan sonra onun hesabına lüks həyat yaşamasına baxmayaraq təzminat barədə iddia qaldırmasına üzülürlər. F.Əhmədovun böyük oğlu Teymur Əhmədov sosial şəbəkələr üzərindən ötən gün məhkəmə qərarı barədə mətbuata sızdırılan informasiyaya münasibətini bildirib və atalarının tərəfində olduğunu, onun ailəni qorumaq üçün çox səylər göstərdiyini ifadə edib…

virtualaz.org bu qalmaqallı boşanma və təzminat məsələsi ilə bağlı qarşı tərəfin-Tatyana Əhmədovanın, yaxud onun vəkillərinin də mövqeyini əldə etməyə çalışır.

Xəbər 2280 dəfə oxunub






Oxşar xəbərlər

İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34594] initstartout [0.00019] initstartin [0.00075] calstart [0.01260] calend [0.00082] topnewsend [0.00579] rsssend [0.00000] ehgend [0.00960] tagsstart [0.00090] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.31525]