3000-dən çox şagird imtahan verir

  • 16 may 2017, 12:55
Bu gün respublikanın 29 şəhər və rayonunda monitorinq imtahanı keçirilir.

Trend xəbər verir ki, imtahanlar Naxçıvan, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, İsmayıllı, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçirilir.

Qeyd olunan regionlarda keçirilən monitorinq imtahanlarında 117 məktəb üzrə 3438 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00 da başlayıb. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.

Monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində mayın 23-də keçiriləcək.
 
Demokratik.Az
Oxşar xəbərlər