Rafael Ağayev İslamiadada qızıl medal qazandı

  • 14 may 2017, 11:47

Azərbaycan karateçisi Rafael Ağayev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 75 kq çəki dərəcəsində yer alan 5 qat dünya və 10 qat Avropa çempionu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi türkiyəli Erman Eltemur olub. Görüş Ağayevin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 1/4 finalda Səudiyyə Ərəbistanından olan Sultan əl-Zəhranini yenən (7:2) R.Ağayev yarımfinalda malayziyalı Şarmendran Raqonatanı da üstələyərək, finala yüksəlib.

Həlledici görüşdə Azərbaycan karateçisi pakistanlı Sədi Qulam Abbasla üz-üzə gəlib və inamlı qələbə qazanıb - 4:0.

Qeyd edək ki, Rafael Ağayev İslamiadada Azərbaycanın bayraqdarı olub.

****2

0:20

Azərbaycan karateçisi Fəridə Abiyeva "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 61 kq çəkidə mübarizə aparan idmançı həlledici görüşdə iranlı Rozita Alipurkeşkaala qalib gəlib - 3:0.

****

19:25

Azərbaycan karateçisi İlahə Qasımova "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
"Report"un məlumatına görə, 55 kq çəkidə mübarizə aparan idmançı həlledici görüşdə misirıi Yassmin Attianaya uduzub.
****

18:37

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 60 kq çəkidə mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə indoneziyalı Suryadi Suryadi üzərində qələbə qazanıb - 6:0.

***

18:17

Azərbaycan karateçisi Nuranə Əliyeva "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 50 kq çəkidə mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə indoneziyalı Srunita Sukatendeli üstələyib - 2:1. Bu, ölkənin karatedə ilk medalı olub.

 

Demokratik.Az

Oxşar xəbərlər