Xaçaturov Təhlükəsizlik Şurasından çıxarıldı

  • 02 may 2017, 21:50

Ermənistan prezidenti Serj Sarkisyan Yuri Xaçaturovun Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

Virtualaz.org bildirir ki, məlumatı Novosti Armeniya yayıb. Xəbəri Ermənistan Prezident Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən təsdiqləsələr də onun yerinə kimin təyin olunacağının hələlik məlum olmadığını bildiriblər.

Qeyd edək ki, Xaçaturov 2017-ci ilin may ayının 2-dən etibarən KTMT baş katibi vəzifəsinin icrasına başlayır.

Demokratik.Az

Oxşar xəbərlər