Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:36 - 18.08.2019  
MTN polkovnikindən intihar mesajı - “Özümə qəsd edəcəm”
Tarix: 28-04-2017, 20:51 | Bölmə: ---

MTN polkovnikindən intihar mesajıBakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokratik.Az xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə Vüsal Ələkbərov ifadə verib. İstintaqa verdiyi ifadəsini təsdiqləyən Vüsal Ələkbərov bildirib ki, zərərçəkmişlərin qərəzli ifadələri ilə ona ittiham qurulub. Xidməti fəaliyyətindən danışan Vüsal Ələkbərov qeyd edib ki, xidmətdə olduğu müddətdə ona qarşı heç kim şikayətçi olmayıb: "Gördüyüm işlərə görə daim mükafatlandırılmışam. Məhkəmələrdən apardığım işlərlə bağlı rəhbərliyə təşəkkür məktubları, qərarlar gəlib. Buna görə də həmişə rəhbərlik tərəfindən təltif olunmuşam".

"Texnikabank"ın "Bakı" filialının rəhbəri olmuş Zal Yusifovun barəsində açılmış 613-saylı cinayət işinin istintaqınfan danışan Vüsal Ələkbərov bildirib ki, Zal Yusifovla yanaşı Nizami Kazımov və Hüseyn Səfərovun barəsində də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə cinayət işi başlanıb: "Nizami Kazımov və Hüseyn Səfərov bir qrup vətəndaşdan topladığı pulları Zal Yusifova verib. Zal Yusifov da həmin vəsaitləri bankın balansına köçürmək əvəzinə, öz şəxsi maraqlarına sərf edib. Nizami Kazımov və Hüseyn Səfərov bu vəsaitlərin müqabilində Zal Yusifovdan 6 faiz gəlir götürüblər. Onlar həmin gəlirin 2 faizini əmanətçiyə, qalan 4 faizini isə özlərinə götürüblər".

Vüsal ələkbərov qeyd edib ki, həmin dövrdə Nizami Kazımov kürəkəni Samir Nadirliyə məxsus olan 704 min avronu da Zal Yusifova verib: "Nizami Kazımov bu vəsaitlə bağlı Zal Yusifovdan 6 faiz gəlir götürüb. Həmin gəlirin 2 faizini kürəkəninə verib, qalan 4 faizini isə özünə götürüb. Sonradan əlavə gəlir verilmədiyi üçün Samir Nadirli və digər pulu depozitdə olan şəxslər şikayət etməyə başladı. Zal Yusifovun cinayət işi ilə bağlı Nizami Kazımov da məsuliyyətə cılb edildi, barəsində ittiham elan edildi. Məhkımənin qərarı ilə Nizami Kazımovun barəsində həbs qətimkan tədbiri seçildi. İstintaq dövründə Nizami Kazımov mənim tərəfindən dindirilməyib. Onu istintaq şöbəsinin müstəntiqləri dindirib. O, həmin zaman ifadəsində vətəndaşlardan öul topladığını, həmin pulları Zal Yusifova verdiyini etiraf edib. Nizami Kazımovla istintaqdan kənar söhbətim olmayıb".

Vüsal Ələkbərov daha sonra ifadəsində Nizami Kazımovun qardaşı Arzu Kazımovun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəbuluna gəlməsindən danışıb: "Mövlam Şıxəliyev mənə zəng vurdu və bildirdi ki, nazirin qəbul otağında bir nəfər var, onu mənim yanıma gətir. Mən də onun gətirməyə getdim. Mövlam Şıxəliyevin otağına gedən zaman bildim ki, bu şəxs Nizami Kazımovun qardaşı Arzudur. O, Nizami Kazımov və Hüseyn Səfərovun həbsdən azad edilməsini istəyib. Mövlam Şıxəliyev də zərərçəkmişlərə dəymiş ziyan ödənildiyi halda qətimkan tədbirinin dəyişdirilməsinə baxılmasının mümkün olduğunu dedi. Bundan sonra Arzu Kazımov getdi. Bir neçə gündən sonra Arzu Kazımov 500 min manat ödəmək imkanlarının olduğunu, qalan ziyanı ödəyə bilməyəcəyini söylədi. Mövlam Şıxəliyev də bildirdi ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda qətimkan tədbirinin dəyişdirilməsindən söhbət gedə bilməz. Samir Nadirli və digərləri dəymiş ziyanı ödəyəndən sonra Nizami Kazımovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçildi. Mən hədə-qorxu yolu ilə Nizami Kazımovdan, başqalarından pul tələb etməmişəm. MTN-nin düşdüyü vəziyyətdən istifadə edirlər, mənə böhtan atırlar, bu yolla qazanc əldə etməyə çalışırlar. Onlar məndən qisas alırlar”. Vüsal Kazımovun sözlərinə görə, zərərçəkmiş Hüseyn Səfərov da ona böhtan atır: "Zal Yusifovla Namil Rzayev, Elşən Mədətov və digərlərini Hüseyn Səfərov əlaqələndirmişdi. Bütün bunlar 615 saylı cinayət işində öz təsdiqini tapıb. Həmin cinayət işinə baxış keçirilməsə, özümə qəsd edəcəm. Bunun da günahı məhkəmənin üzərində olacaq”. Hakim Vüsal Ələkbərovun bu ifadəsini məhkəməyə şantaj etmək kimi qiymətləndirib. Vüsal Ələkbərov məhkəmənin belə ifadələrlə şantaj etmədiyini deyib. O, bildirib ki, 615 saylı cinayət işinin tədqiq olmasını istəyir: "Bunun araşdırılmasını istəməyənlər var. Əks halda onlar mənə sui-qəsd edəcəklər”. Daha sonra ifadəsini davam etdirən Vüsal Ələkbərov qeyd edib ki, Hüseyn Səfərovun həmin dövrdə dələduzluq əməli tam sübuta yetirilib: "Amma onun xəstəliyi ilə bağlı qətimkan tədbiri dəyişdirilib. Həmin işdə 100-dən çox şikayətçi var idi. Həmin şikayətçilər aksiyalar keçirdilər. Həm prezident aparatından, həm də Baş Prokurorluqdan aksiya keçirən şikayətçilərə dəymiş ziyanın ödənilməsini tələb edirdilər. Buna görə də həm Hüseyn Səfərovun, həm də Nizami Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirildi ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilməsi məqsədi olub”. Vüsal Ələkbərov ifadəsində Hüseyn Səfərovun ona bağışladığı silahı geri tələb etməsi ilə bağlı ittihama münasibət bildirib: "Hüseyn Səfərovun bağışladığı ov tüfəngi istifadəyə yararsız olub. Buna görə də həmin silahı atmışam. Bu silahla bağlı mənə ittiham vermək lazım deyil. Ona həmin silahın təzəsini ala bilərəm”.

Vüsal Ələkbərov qeyd edib ki, 2009-cu ildə ev növbəsinə dayanıb: "Amma mənə ev verən olmadı. Məcbur qalaraq ipoteka götürərək özümə iki otraqlı ev aldım. 2009-cu ildən 2015-ci ilədək müddətə hər ay maaşımdan 400 manat kredit ödəmişəm”.

Vüsal Ələkbərov bildirib ki, Hüseyn Səfərovun həyat yoldaşı 14 nəfər zərərçəkmişə dəymiş ziyanın ödənilməsini təmin edib: "Bundan sonra həmin zərərçəkmişlər istintaqa müraciət edərək ziyanın ödənildiyini bildiriblər. Həmin zərərçəkmişi istintaq qrupunun müstəntiqləri dindirib. Həmin 14 nəfərdən yalnız 6 nəfər, Hüseyn Səfərovun yaxın qophumları olan şəxslər dindirilib. Bizim xeyrimizə olan şəxslər dindirilməyib. Istintaq orqanı həmin zərərçəkmişlərin ifadəsini alan müstəntiqlərində ifadələrini almaqda maraqlı olmayıb”.

Növbəti proses mayın 12-də davam edəcək.

Hacı Zeynalov

Xəbər 2538 dəfə oxunub






Oxşar xəbərlər

BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!
Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı - VİDEO
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib
Pedofil milyarder - “Epşteyn işi” Böyük Britaniya krallığını qarışdırdı
Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"
Zakir Həsənov hərbi hospitalın açılışında olub
"Binə" ticarət mərkəzində yanğın olub
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Baçev
Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - (FOTO)
Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar (FOTO)
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb
Saxta möhürlərdə AXCP və Müsavat izi “Mir Şahinin vaxtı”nda üzə çıxdı - VİDEO
Alimlər 500 yaşlı köpəkbalığı tapdılar
Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Ronaldu Zidan haqqında xatirələrini bölüşüb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
KXDR yeni növ raket sınağı barədə məlumat yayıb
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb
Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır”
Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqlənib
AMEA işçilərinin maaşları artırılıb
İkram Rəhimov aclıq edir - O karserə salınıb
Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR
Gəncə işində 4 nəfər buraxılıb
Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT
ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində TƏCRÜBƏDƏ
Peşə təhsilindən və Amil Əlilidən ŞOK ŞİKAYƏT - Peşə təhsili müəssisələrində NƏZARƏTSİZLİK ?
Şəki sakini hərbi təqaüd istəyir - MÜRACİƏT
BDU-nun müəllimi oğlunu işə düzəltmək üçün 50 min rüşvət verib – TƏFƏRRÜAT
Azərbaycandan Türkiyəyə qadın “ixrac edən” şirkətlər
Bank sektorunda təhlükəli qayıdış: Baş bankir nədən narahatdır?
Saxta "jurnalistlər" liseyə hücum çəkdi, direktoru söyüb “xox” gəldilər – Gəncədə KURYOZ OLAY
“Youtube müxalifəti”nin inqilab çağırışlarına Bakı müxalifətindən reaksiya
ABŞ həyəcan təbili çalır: İŞİD “dirilir”...
Qarabağ üçün Ankara-Moskva tandemi
Xoşqədəm Hidayətqızı sələmçi imiş - Məhkəmə QƏRARI
Açıqlama: “Yenidən güclü külək gözlənilir”
İlham Əliyev sərəncam imzaladı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12619] initstartout [0.00012] initstartin [0.00054] calstart [0.00614] calend [0.00037] topnewsend [0.00244] rsssend [0.00000] ehgend [0.02222] tagsstart [0.00041] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.09393]