Gəncə niyə qazsız qalıb? - "Bizə boş hava satırlar"

  • 26 apr 2017, 14:11

Bir neçə gündür ki, Gəncə şəhərinin təbii qazla təminatında problemlər yaşanır.

Demokratik.Az bildirir ki, bu barədə şəhər sakinləri xəbər verib. Amma problemdən əziyyət çəkən təkcə Gəncə sakinləri deyil. Mütamadi olaraq ətraf rayonlara da qazın verilişi dayandırılır, təmir və başqa adlar altında qaz istehlakçıları narazı salınır.

Sakinlər bildiriblər ki, bu hal dəfələrlə təkrar olunduğundan aidiyyəti qurumlara müraciət ediblər. Lakin bu günə qədər məsələnin həlli tapılmayıb: "Bütün şəhər üzrə qaz kəsilib. bunun əvəzində bizə boş hava ötürürlər. Sayğaclar isə dayanmadan hesablayır. Havalar soyuq keçir. Məişət işlərimizdə qaz mühüm rol oynayır. Bununla yanaşı, ərazidə yerləşən təhsil ocaqlarının da soyuq olması şagirdlərin məktəbə davamiyyətində bir sıra problemlər yaradır. Əlaqədar orqanlara müraciət etsək də köməyimizə çatan yoxdur”, - deyə narazı sakinlərdən biri Missiya.Az-a bildirib.

Əldə etdiyimiz məlumata görə, bir neçə gün öncə Gəncə Qaz İstismar İdarəsinidə yoxlamalar aparılıb və nəticədə ciddi çatışmazlıqlar aşkar edilib. Ehtimallara görə, hazırda şəhərə təbii qaz əvəzinə boş havanın buraxılması həmin çatışmazlığı ört-basdır etmək məqsədi daşıyır. Problemlərin kökündə daha hansı maraqların dayandığını ifadə etmək isə çətindir.

Demokratik.Az

Oxşar xəbərlər