Leninqradda metro terrorunu kim törədib?

  • 26 apr 2017, 07:56

Demokratik.Az-ın məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində metroda törədilən terror aktına görə məsuliyyəti "İmam Şamil batalyonu” öz üzərinə götürüb. Bu barədə xarici KİV-lər xəbər verir ki, "İmam Şamil batalyonu” terrorçu qruplaşmasının "Əl Qaidə” ilə əlaqəli olduğu bildirilib.

Terrorçuların fəaliyyətinin monitorinqini həyata keçirən "SITE Intelligence Group”un məlumatına görə, metrodakı partlayış terrorçu Akbarjon Cəlilova göstərişlər verən "Əl Qaidə”nin başçısı Ayman Əl Zəvahiri tərəfindən planlaşdırılıb.

Qeyd edək ki, aprelin 3-də Sankt Peterburq metropolitenində törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 50-dən çox sərnişin yaralanıb. Faktla bağlı 10 nəfər həbs edilib. Ölənlərdən biri azərbaycanlıdır.

 

Demokratik.Az

Oxşar xəbərlər