Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:16 - 21.09.2019  
“Yol hərəkəti haqqında” qanun dəyişdi
Tarix: 25-04-2017, 21:37 | Bölmə: ---

"Yol hərəkəti haqqında” qanuna əlavələr edilib. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanuna aşağıdakı məzmunda V-II hissə əlavə edilir: 
 
“Yol hərəkəti haqqında” qanun dəyişdiNəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir:
 
1) Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan bu qanunun 30-cu maddəsinin VI-II hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə;
 
2) Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi bu qanunun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə. 
 
Texniki baxış zamanı nəqliyyat vasitəsinin bu qanuna 1 saylı Əlavənin I və II hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır”.


Elmira Axundova: "Köhnəlmiş modellərlə bağlı problem həll olunmadığı müddətdə bizim yollarımızda əsl qətliam baş verməkdə davam edəcək”.

Dəyişiklik layihəsi müzakirəyə olunarkən məsələyə deputat Elmira Axundova da münasibət bildirib. O, dəyişikliyi müsbət qiymətləndirib:

"Ən azı ona görə ki, mexaniki nəqliyyat vasitələri və onların qoşqularının texniki baxışı qaydaları təkmilləşdirilir. Hesab edirəm ki, mexaniki, xüsusən köhnəlmiş modellərin texniki baxışı daha sərt və ciddi olmalıdır. Çünki hal-hazırda yollarımızda külli miqdarda köhnə rus modelləri mövcuddur, mən əsasən 01, 02 və 05 model "Jiquli”, 60-70-ci illərdə istehsal olunan köhnə "Moskviç”, "Volqa” modellərini nəzərdə tuturam. Mən hərdən hər tərəfi çürük, işıqları yanmayan, arxa əyləc işıqları olmayan, qara tüstü buraxan maşını görəndə düzü başa düşə bilmirəm ki, belə maşın texniki baxışdan necə keçə bilib və ya ümumiyyətlə keçibmi? Əgər keçməyibsə, onların bizim yollarda nə işi var? Nə üçün həyatımıza təhlükə yaradır?  Onlar bir tərəfdən ekologiyamıza ciddi ziyan vururlar, ikinci tərəfdən yollarda daima qəza vəziyyəti yaradırlar.

Onları nahaq yerə əhali "Smert na kolyosax” adlandırmayıb. Az qala hər gün yollarda baş verən ölüm xəbərlərini eşidirik. Elə bu günlərdə Zığ yolunda dəhşətli qəza nəticəsində 3 nəfər cavan oğlan 07 model "Jiquli”də yanaraq külə döndülər. Mən rayondan seçilən deputat kimi tam əminliklə deyə bilərəm ki, ölümlə nəticələnən qəzaların əksəriyyəti məhz bu markalı köhnə maşınlarda törədilir. Bunların da sahibləri və sərnişinləri böyük qisimdə qəzadan sağ çıxmırlar. Əbəs deyil ki, bir neçə gün əvvəl Bakı Baş Polis İdarəsinin rəisi Mir Qafar Seyidov demişdi ki, 2017-ci ilin I rübünün nəticələrinə görə paytaxt ərazisində baş vermiş 140 (147) yol-nəqliyyat hadisəsində 44 nəfər ölüb, 134 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yəni həlak olanların sayı əhəmiyyətli dərəcədə artıb. Mən bir neçə il əvvəl təklif etmişdim ki, biz də Rusiya və başqa dövlətlərin təcrübəsindən bəhrələnək, bütün köhnəlmiş rus modelindən olan nəqliyyat vasitələrini küçələrdən yığışdıraq və dövlət orqanları vətəndaşlara bunun müqabilində müəyyən məbləğdə vəsait ödəsin, ya da xüsusi çek versin. Bu çeklərlə onlar ilkin ödəniş etməklə güzəştli şərtlərlə başqa maşın ala bilsinlər. Məsələn, Gəncə və ya Naxçıvan Avtomobil Zavodlarının istehsalı. Hər halda hələ ki, bu təcrübə tətbiq olunmayıb, xahiş edirəm Dövlət Yol Polisinə səlahiyyət verilsin ki, belə maşınların hətta mühərriki, sürət qutusu və s. sağlam olanda belə onların xarici görünüşünün tam sıradan çıxmasına və onlar sərnişin və piyadalara ciddi təhlükə törətdiyinə görə texniki baxışdan keçirilməsinlər. Köhnəlmiş modellərlə bağlı problem həll olunmadığı müddətdə bizim yollarımızda əsl qətliam baş verməkdə davam edəcək”.
 
Layihə səsə qoyulaarq qəbul olunub.
 
Demokratik.Az
Xəbər 2749 dəfə oxunub






Oxşar xəbərlər

"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.45092] initstartout [0.00026] initstartin [0.00352] calstart [0.01852] calend [0.00105] topnewsend [0.00850] rsssend [0.00000] ehgend [0.02874] tagsstart [0.00123] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.38902]