Bakıda bədii gimnastika üzrə “AURA” Açıq Birinciliyi keçirilib

  • 23 apr 2017, 17:23

Bu gün Bakıda "START” İdman və Əyləncə Kompleksində bədii gimnastika üzrə "AURA” Açıq Birinciliyi keçirilib.

Trend-in məlumatına görə, birinciliyə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə start verilib.

Yarışda 2001-2012-ci il təvəllüdlü 60 idmançı mübarizə aparıb. Birincilikdə "Sərhədçi” İdman Olimpiya Mərkəzi, Gənclər və İdman Nazirliyi nəzdində Respublika Kompleks İdman Məktəbi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzi nəzdində "Gömrükçü” İdman Klubundan olan paytaxt idmançıları ilə yanaşı Kürdəmir təmsilçiləri də öz çıxışlarını nümayiş etdiriblər.

Gimnastlar A, B, C qrupları üzrə alətsiz, top, ip, halqa və gürzələrlə, o cümlədən qrup şəklində çıxışlar ediblər. Yarışda qalib gəlmiş gimnastlara mükafatlar təqdim edilib.

Oxşar xəbərlər