Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Böhtan və təhqirə görə cərimələr kəskin artırılır
Böhtan və təhqirə görə cərimələr kəskin artırılır
- 19 apr 2017, 11:10
Azərbaycanda böhtana görə cərimənin son həddi üç dəfə, təhqirə görə cərimənin son həddi artırılır.
APA-nın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə dəyişikliklər təklif edilir.
Dəyişikliyə əsasən, 147-ci maddənin birinci bəndinin (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) sanksiyasında "100 manatdan 500 manata qədər” cərimələr "1000 manatdan 1500 manata qədər” cərimələri ilə əvəzləndirilir.
148-ci maddənin sanksiyasında isə "300 manatdan 1000 manata qədər” cərimələrin isə "1000 manatdan 1500 manata qədər” cərimələr ilə əvəzlənməsi təklif olunur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İnternetdə Azərbaycan prezidentini təhqir etmə cinayət məsuliyyəti yaradacaq
İnternetdə ölkə başçısını təhqir edənlər həbs oluna bilər
Azərbaycanda mədən vergisi iki dəfə artırıldı
Aqil Abbas: “Mənim atamın goruna 932 nəfər söymüşdü”
Yaşayış minimumu 19 manat artırılır
Bəzi mobil telefonlar ucuzlaşdı
Piyadalara qarşı cərimələr artırılır – 20-dən 100-ə
Maşınlar xeyli ucuzlaşıb
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti