"Trampla yaxın zamanda görüşəcəyəm"-Ərdoğan

  • 19 apr 2017, 08:48
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla yaxın zaman görüşün keçirilməsinə dair razılaşdığını bildirib. 
Demokratik.Az-ın məlumatına əsasən, bu barədə Ərdoğan ABŞ-ın CNN telekanalına müsahibəsində bildirib.
"Əlbəttə, məni təbrik edənlər oldu. Çox xoş oldu, Tramp referendumun nəticələri ilə əlaqədar məni təbrik etdi. Biz ABŞ-Türkiyə münasibətlərinin yaxın perspektivdə inkişafından danışdıq, Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq”, - deyə Ərdoğan bildirib. 

Türkiyə prezidenti ikitərəfli münasibətlərin inkişafı üçün təkbətək görüşün keçirilməsinin vacib olduğunu qeyd edib. Ərdoğan müvafiq razılaşmanın əldə olunduğunu vurğulayıb: "Biz yaxın zamanda görüşəcəyimizə dair razılığa gəldik”.

 

Demokratik.Az

Oxşar xəbərlər