"Sarımsaq qalmaqalı"-na Zaurdan açıqlama

  • 17 apr 2017, 15:42

Axı, Xatirə bu söhbəti niyə bu qədər böyüdür? Efirdə baş verənlər şou idi. Ciddiyə almaq lazım deyil. Olmadı ki... Xatirə niyə belə danışır?

 

 

 

 

 

 

Milli.Az xəbər verir ki, bu sözləri big.az-a "Xəzər" telekanalında nümayiş olunan 5/5 verilişinin aparıcısı Zaur Kamal müğənni Xatirə İslamla arasında yaşanan "sarımsaq qalmaqalı"na münasibət bildirərkən deyib.
Aparıcı əlavə edib ki, verilişində dəvət etdiyi qonaqlarla bu tipli söhbətlər şou-xarakterlidir və heç bir şəxsi qərəz əks etdirmir.
Xatırladaq ki, bir neçə gün öncə Zaur Kamalın adı çəkilən verilişində qonaq olan Xatirə İslam aparıcı tərəfindən kuryoz vəziyyətə düşüb. Belə ki, Z.Kamal X.İslama yaxınlaşarkən, burnunu tutaraq: "Bu nədir, səndən sarımsaq iyi gəlir. Efirə sarımsaq yeyib, gəmisən".
Xatirə isə cavabında, "Mənim elə bir kompleksim yoxdur" - cavabını verib.

 

Demokratik.Az

Oxşar xəbərlər