Gəncədə istintaq təcridxanasında məhbus özünü asıb

  • 17 apr 2017, 15:11

Penitensiar Xidmətin Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasında ölüm faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, oğurluqda təqsirləndirilərək saxlanılan 1988-ci il təvəllüdlü Bayramov Samir İlyas oğlu təcridxanada özünü mələfə ilə asaraq intihar edib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər