"Hemofiliyalı qadınların 1/10-i Azərbaycandadır"

  • 17 apr 2017, 14:06

Əgər dünyada 60 qadın hemofiliyalı xəstə varsa, onların 6-sı Azərbaycanda qeydiyyatdadır. Bu da ölkəmizdə qohumların nikahının çox yayılması ilə əlaqədardır”.

APA-nın xəbərinə görə, bunu Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova deyib.

Hemofiliyanın ağır irsi qan azlığı xəstəliyinin olduğunu söyləyən E. Qədimova bildirib ki, hemofiliyalı xəstələr əsasən oğlan uşaqları olur: "Analar bu xəstəliyi uşaqlarına ötürür. Amma elə bir genetik variantlar var ki, qız uşaqları da hemofiliyalı xəstə ola bilər. Hər il Azərbaycanda 50-60 hemofiliyalı xəstə qeydiyyata götürülür. Onların təxminən 25%-ə yaxınını 1-15 yaşlı uşaqlar təşkil edir”.

 

Demokratik.Az

Oxşar xəbərlər