Güney Azərbaycanda sel fəlakəti

  • 17 apr 2017, 08:04

48 nəfərin meyiti tapılıb, itkinlərin siyahısı dəqiqləşdirilir; Azərbaycan hökuməti soydaşlarımıza yardım edəcəkmi...

 

Şərqi Azərbaycan şəhərlərində (İran ərazisində) baş verən dəhşətli sel-daşqınlar nəticəsində həlak olanların və itkin düşənlərin axtarışları davam edir. Güney Azərbaycandakı mənbələrimizdən aldığımız son məlumata görə, həlak olanların sayı 48 nəfərə çatıb, itkinlərin isə siyahısı hələ ki, dəqiqləşdirilir.

 


Cəsədi tapılan şəxslərin əksəriyyəti avtomobillə birlikdə sel altında qalanlardır.


Təbii fəlakət bölgəsində bir çox ev və yaşayış məntəqəsinə ziyan dəyib. Onun sözlərinə görə, bölgədə hələ də təhlükə var, daşqın suları sabahdan daha da arta bilər. Bundan başqa Təbriz və Urmiyə

şəhərində də sel evlərə ziyan vurub. Urmiyədə bir neçə körpü dağılıb, bir neçə kəndin əhalisi isə evakuasiya olunub.
Kürdüstan Vilayətində də böyük bir məntəqəni sel basıb, təbii fəlakət nəticəsində ölənlər var.


Güney Azərbaycan Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri Azərbaycanda baş verən daşqınlarla bağlı məsulların fəaliyyətini tənqid edib. O, təbii fəlakətlə bağlı Azərbaycan əha

lisinə başsağlığı verərək İran Milli Hidrometeorologiya Təşkilatı və Teleradio Şirkətinin fəaliyyətini tənqid edib. 
Azərbaycanlı fəalların dediyinə görə, insan tələfatının çox olmasının əsas səbəbi kimi, mərkəzi yollardan birinin 10 ildir ki, "təmir” adı ilə bağlanması və körpüyə girişin yasaqlanmasıdır. Belə ki, avtomobillər körpünün üstü ilə deyil, altı ilə keçdiyi zaman güclü sel onları ağuşuna alıb aparıb. Xilasetmə işlərinə laqeydlik də insanları qəzəbləndirib, Təbrizdə etiraz aksiyaları da olub. Palçığın içərisində olan meyitlər sadə insanların şəxsi təşəbbüsü ilə çıxarılır.


GAMOV-un mətbuat xidmətinin rəhbəri Ağrı Qaradağlı "Yeni Müsavat”a dedi ki, durum çox ağırdır: "Məsul şəxslər azərbaycanlıların taleyi ilə heç maraqlanmır. Xalq özü axtarış və qurtarma işlərini görür. Tehranda Plasko binasında 27 nəfər öldü, İran və dünya çalxalanırdı. Amma Azərbaycanın müsibətinə reaksiya verən yoxdur”.


A.Qaradağlı Güneyin Azərbaycan dövlətindən gözləntilərinin olduğunu da vurğuladı: "Azərbaycan dövləti zərər çəkmiş ailələrə və oradakı abadlıq işlərinə dəstək ola bilər. Təbii ki, əgər İran ehtiyac duyarsaE 5 il öncə Qaradağ zəlzələsində evləri dağılmış ailələr hələ də çadırda yaşayırlar. Bu, İran kimi dövlətə bir üz qarasıdır. Adını İslam ölkəsi adlandırıb millətlər arasında ayrıseçkilik salan bir diktator və rəhmsiz rejim var”.


Güney matəm içindədir, təəssüf ki, İran hakimiyyəti də gərəkəni etmir. Azərbaycan güneyli qardaşlarımıza humanitar yardım edə bilərmi? Azərbaycan dövləti hər zaman humanitar aksiyalarda öndə gedir. Elə bu yaxınlarda Cibutiyə də yardım göndərdik. Bu mənada güneyli qardaşlarımıza maddi və mənəvi dayaq olmağımıza daha çox ehtiyac var.


Deputat Fazil Mustafa bildirdi ki, Güney Azərbaycandakı soydaşlarımıza dəstək vermək hər birimizin insani və milli borcumuzdur: "Ancaq qardaşlarımız başqa bir ölkənin hüdudları içində yaşadıqlarından bu dəstəyin mütləq dövlətlərarası münasibətlər əsasında tənzimləmlənməsinə ehtiyac var. Azərbaycan hökuməti rəsmi səviyyədə yəqin ki, zəruri addımlar atacaq. Ölənlərə rəhmət, qalanlara şəfa diləyirəm”.


"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Yeni Müsavat”a açıqlamasında dedi ki, bütün hallarda Güney Azərbaycanın yanında olmalıyıq: "Azərbaycan dövləti bütün vasitələrlə təbii fəlakətdən zərər çəkən qardaşlarımızın yanında olmalıdır, özü də ən yüksək səviyyədə. Bunu yasaq edən hər hansı qanun, yaxud beynəlxalq hüquqda başqa ikinci norma nəzərdə tutulmayıb”.


BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, belə hallarda yardım, ancaq qarşı tərəfin müraciəti, yaxud razılığı əsasında edilə bilər: "Azərbaycan bundan öncə də İranda baş verən təbii fəlakətlər zamanı öz dəstəyini ifadə edib və yardım göstərib. Ola bilsin ki, İran tərəfinə bununla bağlı yenə də müraciət edilib. Azərbaycan dövləti hər zaman olduğu kimi gərəkəni edəcək”.


Cavid TURAN

Oxşar xəbərlər