Mənsimovun qızı məşhur iş adamının oğluna ərə getdi

  • 12 apr 2017, 18:28

Mənsimovlar ailəsində xoş hadisə baş verib

Demokratik.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı, şirkətin Bakı ofisinin və "PAL süd”ün rəhbəri Mais Mənsimovun qızının toyu olub.

Toy Türkiyədə Çırağan sarayında baş tutub. Mais Mənsimovun qızı Zümrüd Azərbaycanın tanınmış iş adamlarından olan, Zülfüqarlı qardaşlarından biri, "Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlu Şahinlə ailə həyatı qurub.

Toyda 500 nəfər iştirak edib. Onların arasında Azərbaycandan və Türkiyədən rəsmi şəxslər də olub.

Mərasimdə Murad Boz, Hadisə və bir sıra məşhur ulduzlar çıxış edib.

Demokratik.Az

Oxşar xəbərlər