Mehman Hüseynovun apellyasiya şikayətinə baxılıb

  • 11 apr 2017, 08:32
Dünən, aprelin 10-da Bakı Apellyasiya Məhkəməsində bloqçu Mehman Hüseynovun barəsində Suraxanı rayon Məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Vaqif Mursaqulovun sədrlik etdiyi iclasda KİV nümayəndələri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri iştirak edib. İclas zalı kiçik olduğu üçün iştirak etmək istəyənlərin bir çoxu bayırda gözləməli olub.

İclasda Mehman Hüseynovun özünün iştirakı təmin edilib. Onun hüquqlarını vəkilləri Elçin Sadıqov, Fuad Ağayev və Şəhla Hümbətova müdafiə ediblər. Xüsusi ittihamçının nümayəndəsi qismində isə vəkil Əlirza Həbilov iştirak edib. 

Hakim Mehman Hüseynovun anket məlumatlarını dəqiqləşdirmək üçün şəxsi məlumatlarını sadalayaraq, düzgün olub-olmamasını soruşub. Mehman Hüseynov isə suallara "bilmirəm” deyə cavab verib. O hakimə izah edib ki, 2014-cü ildən Daxili İşlər Nazirliyi ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edib. "Ona gör də hazırda şəxsiyyətimi təsdiq edən sənədim yoxdur. Mən özüm də bilmirəm ki, həqiqətən də Mehman Hüseynovam ya yox. Ona görə də xahiş edirəm, məhkəmə mənə şəxsiyyət vəsiqəsi verilməsini təmin etsin. Yoxsa, bu məlumatlara özüm də şübhə ilə yanaşıram” - deyə M.Hüseynov bildirib. 

Daha sonra o hakimin sualına cavab olaraq, müdafiəçilərinə və məhkəmənin tərkibinə etirazı olmadığını deyib. 

Vəkil Fiad Ağayev məhkəməyə bildirib ki, Suraxanı rayon məhkəməsinin Mehman Hüseynovun barəsində olan hökmündən vəkil Elçin Sadıqov tərəfindən şikayət verilən zaman nə hökmün tam mətni nə Mehman Hüseynovun özünə, nə də müdafiəçisinə təqdim edilmişdi. "Mən və həmkarım Şəhla Hümbətova Mehmanın müdafiəsinə sonradan qoşulmuşuq. Hökmü əldə etdikdən sonra baxdıq ki, dəlillərdə ciddi fərqlər var. Ona görə də apellyasiya şikayətinə əlavə edilməsi ilə bağlı ərizə təqdim edirik”.

Ərizə məhkəmə tərəfindən qəbul edilib və iş materiallarına əlavə olunub. 

Fuad Ağayev bildirib ki, Mehman Hüseynovun işində ədalətin zəfər çalmamasının analoqu yoxdur. "Mehman Hüseynovun şəxsi «Facebook» profili 100 min nəfər tərəfindən izlənilir. Həmçinin onun idarəçisi olduğu "Sancaq Production” səhifəsinin 326 min izləyicisi var. Bu, kifayət qədər ciddi göstəricidir. Məhkəmə bu cür tanınmış şəxsə qarşı bu cür münasibət göstərirsə, gör, fəqir-füqarəyə necə davranırlar?”

Fuad Ağayev əlavə etdi ki, Mehman Hüseynovun polisə qarşı qərəzli olması və böhtan atması barədə ittiham tamamilə absurddur. "Əksinə, polisin Mehmana qarşı qərəzli olması kifayət qədər açıqdır. Onun ölkədən çıxışına qadağa qoyulub, şəxsiyyət vəsiqəsi verməkdən qanunsuz olaraq imtina ediblər. Bundan başqa, o dəfələrlə, ən azı 4-5 dəfə polis idarəsinə çağırılıb. Əgər Mehman qərəzli və böhtan atmaq fikri olsaydı, elə əvvəlki çağırışlardan sonra da bunu edə bilərdi. Mehmanın 10 yanvar tarixində elə bir açıqlama ilə çıxış etməsinin səbibi odur ki, o, yanvarın 9-da saxlandığı andan şəxsi ləyaqəti alçaldan münasibətə və işgəncəyə məruz qalıb. Ona qarşı oxşar ssenari 2016-cı ilin dekabr ayında da planlaşdırılmışdı. Tanımadığı bir nəfər ona qarşı qəsdən əl-qol hərəkəti edərək, təxribata çəkməyə çalışsa da, Mehman qaçaraq oradan uzaqlaşmaqla təxribatın qarşısını ala bilib”.
Vəkil əlavə edib ki, polis rəisi Musa Musayevin ümumiyyətlə 147.2 maddəsi ilə məhkəməyə müraciət etmək hüququ yox idi.  "Böhtan bir şəxsin başqa bir şəxs barəsində yalan məlimat verməsidir. Burada söhbət hüquqi şəxsdən, hansısa qurumdan, polis idarəsindən getmir. Mehman məlum çıxışı zamanı nəinki Musa Musayevin adını çəkib, onu ümumiyyətlə tanımayıb. Belə olan halda ona qarşı necə böhtan ata bilər? ”.

Vəkil bildirib ki, aidiyat məsələsində də məhkəmə düzgün qərar qəbul etməyib. "Mehmanın həmin kütləvi çıxışı Nəsimi rayon məhkəməsinin qarşısında baş verib. Əgər dedikləri cinayət hesab edilirsə, deməli, cinayət həmin an başa çatıb. Ərazi Nəsimi rayonuna aid olduğu halda, hansı əsasla Suraxanı rayon məhkəməsinə şikayət verilməsi anlaşılan deyil”.

Fuad Ağayev əlavə edib ki, bu işlə həm ölkə daxilində, həm də ölkə xaricində minlərlə insan maraqlanır. "Bu dərəcədə qanunsuz hökmə rəvac vermək böyük rüsvayçılıqdır. Bu hökm Azərbaycan məhkəmə sistemi üçün biabırçılıqdır. İlkin baxış iclasında məhkəmə istintaqı olmadan şikayətə baxılması barədə qərar versəniz də, hesab edirəm ki, yuxarıda sadaladığım mqəamlarla bağlı məhkəmə işə istintaqla baxılması barədə qərar qəbul etməlidir. Birinci instansiyada araşdırılmayan sübutlar araşdırılamıdır ki, ədalətli qərar çıxarılsın, inkivazitor olmasın. Ona görə də şikayətin məhkəmə istintaqı ilə aparılmasə cə və bəraət hökmünün çıxarılmasını xahiş edirəm” - deyə Fuad Ağayev bildirib. 

Digər vəkillər Elçin Sadıqov və Şəhla Hübətova da həmkarlarının dedikərini dəstəkləyiblər. Mehman Hüseynov da da vəkilləri ilə razı olduğunu bildirib. 

Xüsusi ittihamçının namyəndəsi Ə.Həbilov isə vəsatətə etiraz edib. O bildirib ki, Mehman Hüseynovun işgəncəyə məruz qalması ilə bağlı yanvarın 10-da Nəsimi rayon məhkəməsində dediklərinə əsasən, hakim araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna müraciət edib. "Həmin araşdırma nəticəsində faktın təsdiqini tapmadığı üçün cinayət işinin başlamasının rədd edilməsi barədə qərar qəbul edilib. Həmin qərardan verilmiş şikayəti də məhkəmə təmin etməyib. Ona görə də əlavə araşdırmaya və məhkəmə istintaqaına ehtiyac görmürəm”- deyə Ə.Həbilov bildirib. 
Məhkəmə yerində müşavirə edərək, vəsatətin təmin edilmədiyini elan edib. Müdafiə tərəfi də məhkəmə tərkibinə yazılı etiraz təqdim etmək üçün məhkəmədən növbəti günədək vaxt istəyib. Hakim isə fasilə verərək, etirazı dərhal hazırlamalarına qərar verib.

Vəkillər fasilə zamanı etirazı hazırlayaraq məhkəməyə təqdim ediblər. Lakin 3 saat davam edən məhkəmə prosesində iş vaxtı bitdiyi üçün hakim iclasın 11 aprel saat 16.00-da davam edəcəyini bildirib. 
Oxşar xəbərlər