Sarkisyan parlament seçkilərində qalib gəlib

  • 04 apr 2017, 08:05

Ermənistan Mərkəzi Seçki Komissiyası 2 aprel parlament seçkilərində bülletenlərin hesablanmasının ilkin nəticələrini açıqlayıb.

Hakim Respublikaçılar Partiyası səslərin 49%-ni toplayıb.

"Tsarukyan” bloku 27%-dən çox, "Yolk” bloku 7,75%,  "Daşnaksütyun” 6,59% səs toplayıblar.

Digər blok və partiyalar 5%-lik baryeri keçməyiblər.

"Ohanyan-Raffi-Oskanyan” bloku 2,08%; "Konqres-EXP” 1,63% səs toplayıblar.

Azad  Demokratlar Partiyası 0,94%;  Ermənistan Kommunist Partiyası 0,75% səs toplayıb.

Seçkilərdə iştirak 60%-dən çox təşkil edib. Müxalifət  səsvermənin nəticələrinin saxtalaşdırıldığını bildirib.

Demokratik.Az

Oxşar xəbərlər