Gəncədə ərzaq mağazasından oğurluq

  • 03 apr 2017, 17:12

Gəncə şəhərində ərzaq mağazasından oğurluq edilib. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Gəncə Dəmir Yolu Vağzalının ərazisində yerləşən mağazalardan birində baş verib.

Belə ki, naməlum şəxs və ya şəxslər tərəfindən mağazanın qapısı sındırılaraq içəri daxil olunub və oradan ümümi dəyəri 1500 manata yaxın olan, küllü miqdarda, spirtsiz içkilər, tütün məmulatları və qida məhsulları oğurlanıb.

Faktla bağlı cinayət işi açılıb və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxşar xəbərlər