Eks-prezident həbs olundu

  • 30 mart 2017, 08:00

Cənubi Koreya məhkəməsi sabiq prezident Pak Kın He barəsində həbs qərarı çıxarıb.

APA-nın məlumatına görə, bu barədə "YTN” telekanalı xəbər verib.

Koreya Respublikasının prokurorluğu məhkəməyə müvafiq sorğu ilə martın 27-də müraciət etmişdi. Beləliklə, məhkəmə istintaq tərəfindən irəli sürülən ittihamlar ilə razılaşıb. İttihamlar əsasən rüşvət və hakimiyyətdən sui-istifadə etməklə bağlıdır. 

Oxşar xəbərlər