Taleh Bağırzadəyə 20 il hökm oxunub

  • 27 mart 2017, 08:57
Məhkəmə Taleh Bağlrzadəyə hökm oxuyub. Prokuror Taleh Bağırzadəyə ömürlük həbs cəzası istəsə də, məhkəmə 20 il müddətinə həbs cəzası verilməsi ilə bağlı qərar qəbul edib.

Nardaran hadisələrində yaralanan Abbas Hüseynin də cəzası 20 il olaraq elan edilib.
Digər təqsirləndirilənlər Fuad Qəhrəmanlı 10 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Cabbar Cabbarov 19 il, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Ramin Yariyev 10 il, Abbas Quliyev 14 il 6 ay, İbrahim Xudaverdiyev 14 il 6 ay, Etibar İsmayılov 14 il 6 ay, Bəhruz Əskərov 14 il 6 ay, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev 14 il 6 ay, Abbas Tağızadə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

***
Bu gün "Müsəlman birliyi” hərəkatının sədri Taleh Bağırzadə, hərəkatın 16 üzvü və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının cinayət işi üzrə sonuncu məhkəmə prosesinin keçiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərə hökm oxunacaq.

Hazırda məhkəmə prosesi davam edir. Məhkəmə ətrafında ciddi polis nəzarəti var.

Qeyd edək ki, prokuror T.Bağırovun ömürlük, F.Qəhrəmanlının 11 il, A.Hüseynovun 20 il, C.Cabbarovun 19 il, R.Cəbrayılovun 17 il, R.Yarıyevin 10 il, Ş.Abduləliyevin, Z.Mustafayevin, C.Babakişizadənin, A.Quliyevin, İ.Xudaverdiyevin, E.İsmayılovun, B.Quliyevin, Ə.Nuriyevin, Ə.Vəliyevin, F.Balayevin, A.Tağıyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.(musavat.com)

Xatırladaq ki, 2015-ci ilin noyabrın 26-da T.Bağırzadənin saxlanılması üçün Nardaranda keçirilən əməliyyat zamanı polislə dindarlar arasında silahlı qarşıdurma baş vermişdi. Silahlı qarşıdurma zamanı 2-si polis olmaqla, 6 nəfər dünyasını dəyişib.

Nardaranda həbs edilənlər mütəşəkkil dəstə yaratma, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə, terrorçuğa hazırlıq, odlu silahdan istifadə, kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaq, hakimiyyəti zorla ələ keçirmək, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və daha bir neçə maddə ilə ittiham irəli sürülüb.

Demokratik.Az

Oxşar xəbərlər