Qarabağ klanının sonu: Rusiya Ermənistanı...

  • 18 mart 2017, 09:40

Ermənistan parlament idarə üsuluna keçməklə guya insan hüquqlarının əsas çarçısına çevriləcəyini zənn edir. Halbuki Ermənistanın hazırkı durumu və ölkədə baş qaldıran əsas problemlər elə insan hüquqlarının tapdalanmasından qaynaqlanır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Rusiya nəyin bahasına olursa-olsun, Ermənistandan əl çəkən deyil:

"Ermənistan həm Rusiya, həm də Avropaya yarınmağa çalışır. Ancaq İrəvan refendumdan sonra da Moskvanın vassalı olaraq qalacaq. Çünki ortada baza məsələləri var. Rusiyanın bazaları məhz Türkiyə ilə Ermənistan arasında olan sərhəddən çıxarılsa, bu, çox böyük problemə yol açar. Sərkisyan artıq cavabdehliyi öz üzərindən atmağa çalışır və bütün məsuliyyəti kollegial müzakirələrə yönəldir. Səhra komandirlərindən ibarət olan Qarabağ klanının çətin günləri başlayır. Sabah Ermənistanda hər hansı bir problem baş qaldırsa, Sərkisyan baş verənləri Qarabağ klanının boynuna qoyacaq. Kreml onsuz da Karen Karapetyanı üstün tutur. Bir sözlə, hazırda Ermənistanda mübarizə aparan əsas siyasi qüvvələr - keçmiş müdafiə və xarici işlər nazirinin bloku, Rusiya bloku, qərbyönlü blok və Qarabağ klanıdır. Hansının qələbə çalmasından asılı olmayaq, əsas istiqamət Rusiya ilə olacaq”.

Oxşar xəbərlər