Putinin seksual prokuroru gəlirlərini açıqladı

  • 15 mart 2017, 08:02

 

Krımın eks-prokuroru, Rusiya Dövlət Dumasının deputatı Natalya Poklonskaya gəlirlərini açıqlayıb.

Natalya öz gəlirləri barədə Dövlət Dumasının iclasında açıqlama verib.

Xanım millət vəkili bildirib ki, 2016-cı il ərzində 2,6 milyon rubl (59 min 200 manatdan çox) qazanıb. Onun gəliri yalnız Krımda sentyabra qədər tutduğu vəzifədən və deputatlıq maaşından olub.

Duma üzvünün bəyannaməsində evinin və torpaq sahəsinin olmadığı qeyd edilib. Sabiq prokuror qızı ilə birlikdə deputatlar üçün nəzərdə tutulan xidməti evdə yaşayır.

 

Qeyd edək ki, 2014-ci ilin martında Krımın prokuroru təyin edilən Natalyaya ötən il Vladimir Putin tərəfindən 3-cü dərəcəli ədliyyə müşaviri rütbəsi (bu rütbə general-mayor rütbəsinə uyğundur) verilib. Öz gözəlliyi ilə məşhur olan 34 yaşlı Poklonskaya Rusiya prezidentinin sevimli kadrlarından sayılır.

 

 

Oxşar xəbərlər