Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:41 - 19.08.2019  
Böyük əfv sərəncamı yaxınlaşdı
Tarix: 13-03-2017, 09:09 | Bölmə: ---

Böyük əfv sərəncamı yaxınlaşdı450-dək məhbusun müraciətinə müsbət rəy verilib; 27 nəfər siyasi dustağın da adı əfv siyahısında var

Bu gündən etibarən əfv həftəsinə qədəm qoyuruq. Əfvlə bağlı aylardır gözlənilən ümidlər, yaranan suallar, eləcə də, məhbuslardan kimlərin həbsdə qalacağı, yaxud azadlığa çıxacağı müəmmaları həftənin sonuna qədər başa çatacaq.

Novruz bayramı ilə əlaqədar martın 17-nin sonuncu iş günü olduğunu nəzərə alsaq, bu həftənin sonuna qədər əfv sərəncamının veriləcəyi gözlənilir. Artıq bir aydır davam edən Əfv Komissiyasının iclası martın 10-da yekunlaşıb. Qurumun üzvü Mehdi Mehdiyev APA-ya bildirib ki, son iclasda 120 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən iclaslarda ümumilikdə 1000-ə yaxın müraciət araşdırılıb və onların 450-nə müsbət rəy verilib.

Artıq gözlər bir ildir imzalanmayan əfv sərəncamına dikilib. Sözsüz ki, əfvlə bağlı ən çox müzakirə edilən məsələlərdən biri də, siyasi məhbuslarla bağlıdır. Bu bayramda azad olunacaq çoxsaylı məhbuslar içərisində ölkə ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqət mərkəzində olan siyasilərin olacağı bildirilir.

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev "Yeni Müsavat”a açıqlamasında qurumun son bir aydakı 7 iclası ilə bağlı bunları dedi: "Sonuncu əfv sərəncamı ötən ilin martında verilmişdi. O zaman 150-ə yaxın şəxs cəzadan azad edilmişdi. Ümumiyyətlə, indiyə qədər 61 əfv sərəncamı verilib ki, nəticədə 9 mindən çox məhbus azad olunub. Onların da böyük əksəriyyəti azadlıqdan məhrumetmə cəzası alan şəxslərdir. Son bir ayda Əfv Böyük əfv sərəncamı yaxınlaşdıKomissiyasının təxminən 7 iclası keçirilib. Bu iclaslarda 950-dən artıq müraciətə baxıldı. Müraciətlərin baxılmasına tam obyektiv yanaşma var idi. Komissiyasının sədri cənab Ramiz Mehdiyev sədrliyi ilə hər kəsin müraciəti ətraflı müzakirə edilirdi. Bu baxımdan hər bir kəsə diqqətli yanaşma var idi. Yeri gəlmişkən, komissiyanın katibliyi hərtərəfli arayış hazırlamışdı. Hər bir məhkumun müraciətində onun etdiyi əməl, islah olunması, ailə vəziyyəti, ailənin müraciəti və sayı, zərərçəkmişin buna münasibəti, eyni zamanda, dövlətə və ayrı-ayrı şəxslərə vurulan ziyanın ödənilib-ödənilməməsi və bu kimi məsələlər diqqətlə öyrənilirdi. Sonda isə müvafiq qərarlar hazırlanırdı. Cənab prezident hər ilin Novruz bayramında məhbus ailələrini sevindirir, onlara bir şans verir. İstisna etmirəm ki, qarşıdan gələn bayramda da belə böyük sərəncamın şahidi olacağıq. Əminəm ki, cənab prezident növbəti dəfə humanistlik göstərərək, çoxsaylı məhbus ailəsini sevindirəcək. Bir məsələni də qeyd edim ki, müraciətlərə baxılarkən heç bir fərq qoyulmurdu. Bütün müraciətlər daxil olmuş ardıcıllıqlara görə baxılırdı. Burada bütün təbəqələrdən məhkum olunmuş şəxslər var idi. Yaşlı insanlar var idi, eləcə də, yetkinlik yaşına çatmayanlar. Əcnəbilərin, qadınların da müraciətləri var idi. Kimin müraciət etməsi önəmli deyildi, əsas olan bizim müraciətlərə ayrı-seçkilik etmədən baxmağımız idi. Sözsüz ki, əsas iradə cənab prezidentindir”.

Qeyd edək ki, İnsan Haqları üzrə Birgə İşçi Qrupu Əfv Komissiyasına 27 nəfərlik siyahı göndərib. Qurumun üzvü Novella Cəfəroğlu əfvə olan ümidlərindən danışdı: "Bu həftə mütləq sevindirici nəticə olacaqdır, buna şübhəmiz yoxdur. Biz komissiyanın üzvlərinin çoxu ilə görüşmüşük. Hər şey birinci şəxsdən asılıdır. Hər kəs kimi biz də gözləyirik. Komissiya üzvlərini sağ olsunlar ki, 450 nəfərin işinə müsbət rəy veriblər. Amma bizim üçün əsas vacib olan 27 nəfərlik siyahımızdır. O biri məhbusların azadlığa buraxılmasına da dəstək veririk. 27 nəfərlik siyahımızdan əlavə, başqa şəxslər müraciət etmişdilər ki, onların da adlarını vermişik. Gözləyirik ki, onlar da azad olunsunlar”.


Xəbər 2587 dəfə oxunub






Oxşar xəbərlər

“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!
Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı - VİDEO
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib
Pedofil milyarder - “Epşteyn işi” Böyük Britaniya krallığını qarışdırdı
Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"
Zakir Həsənov hərbi hospitalın açılışında olub
"Binə" ticarət mərkəzində yanğın olub
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Baçev
Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - (FOTO)
Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar (FOTO)
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb
Saxta möhürlərdə AXCP və Müsavat izi “Mir Şahinin vaxtı”nda üzə çıxdı - VİDEO
Alimlər 500 yaşlı köpəkbalığı tapdılar
Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Ronaldu Zidan haqqında xatirələrini bölüşüb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
KXDR yeni növ raket sınağı barədə məlumat yayıb
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb
Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır”
Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqlənib
AMEA işçilərinin maaşları artırılıb
İkram Rəhimov aclıq edir - O karserə salınıb
Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR
Gəncə işində 4 nəfər buraxılıb
Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT
ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində TƏCRÜBƏDƏ
Peşə təhsilindən və Amil Əlilidən ŞOK ŞİKAYƏT - Peşə təhsili müəssisələrində NƏZARƏTSİZLİK ?
Şəki sakini hərbi təqaüd istəyir - MÜRACİƏT

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11455] initstartout [0.00012] initstartin [0.00053] calstart [0.00623] calend [0.00037] topnewsend [0.00245] rsssend [0.00000] ehgend [0.01109] tagsstart [0.00041] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.09332]