Fikrət Qocanın oğlu faciəli şəkildə ölüb

  • 12 mart 2017, 18:45

Xalq şairi Fikrət Qocanın oğlu faciəli şəkildə dünyasını dəyişib.

Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza APA-ya açıqlamasında bildirib ki, hadisə dünən baş verib.
Şair-tərcüməçi Yalçın Qoca yıxılıb və ciddi xəsarət alıb. 52 yaşlı Y. Qoca xəstəxanaya aparılarkən yolda vəfat edib.
F. Qocanın qardaşı, tərcüməçi Hamlet Qoca isə APA-ya bildirib ki, hadisə martın 11-də axşam saatlarında baş verib: " Yalçının gözlərində problem var idi, son zamanlar səhhətindən də şikayət edirdi. Yalçın dünən özünü pis hiss edib, özündən gedib, başı səki daşına dəyib”.

Y. Qoca bu gün Bakıda "Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

 

Demokratik.Az


Oxşar xəbərlər