Prezidentin əfv komissiyası 450 müraciəti müsbət tanıyıb

  • 11 mart 2017, 15:13

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Report-un xəbərinə görə, sonuncu iclasda 120 müraciətə baxılıb.
Bununla da baxılan müraciətlərin sayı 950-ni keçib. Müraciətlərin təxminən 450-nə müsbət rəy verilib.
İclasların yekunu ilə bağlı yekun qərar layihəsi hazırlanaraq dövlət başçısına təqdim ediləcək.
Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.

 

Oxşar xəbərlər