Elmar Vəliyevin qalmaqallı "Gəncə qalası"

  • 11 mart 2017, 13:18

"Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Gəncə ş. 4 saylı orta məktəbin yanında tikdirdiyi villası "hökumət iqamətgahı”, "qonaq evi” kimi qələmə verilsə də, əslində bunun belə olmadığı hər kəsə bəllidir”. Dəyəri milyonlarla ölçülən bu ünvan reallıqda Elmar Vəliyevin sahib olduğu malikanələrdən biri - Xanın "Gəncə Qalası"dır. Demokratik.Az-ın məlumatına görə, ötən gün saytlarda yayımlanan xəbərlərdə bildirilir ki, əslində Elmar Vəliyevin şəxsi mülki olan bu villa sonradan yaxınlıqda yerləşən və sökülən hərbi hospitalın həyətinə birləşdirilərək əsl malikanə halını alıb. DİA.AZ saytı belə bir şərh də yazıb. "Villa və malikanə aludəçiliyi ilə seçilən Elmar Vəliyevin Gəncənin mərkəzində bu ölçülərdə villanı hansı pulla tikdirməyini sual verməyə ehtiyac yoxdur. Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da”.

Qeyd edək ki, qalmaqallı villanın şəklini "Gününsesi.info" paylaşıb:

 "Vətəndaşların əmlak hüquqlarına qəsdi ilə ad çıxaran Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev "gözə” gələcəyindən narahat olub. Belə ki, bir müddət öncə icra başçısı rəhbəri olduğu şəhərdə özü üçün inşa etdirdiyi villasının qapısında "göz muncuğu” asdırıb: Sayt yazıb: "E. Vəliyevin evinin qabağından keçən insanlar isə bunu sadəcə, təbəssümlə və istehza ilə qarşılayırlar. Çünki onun yaşadığı villanı hansı pullarla inşa etdirdiyi kimsəyə də sirr deyil. Hətta, bu azmış kimi qonşularının onun həyətinə bitşik torpaq sahəsini də ələ keçirən icra başçısı onlara vəd etdiyi kompensasiyanı belə verməyib".

Demokratik.Az

Oxşar xəbərlər