Nardaran sakini tüfəngi könüllü polisə təhvil verib

  • 08 mart 2017, 17:52
Sabunçu rayonu Nardaran qəsəbə sakini tüfəngi könüllü polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, Nardaran qəsəbə sakini İlqar Bəşirov "TOZ-34" markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Dünən Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Mamırlı kənd sakini Səxavət Mahmudovdan müvafiq sənədləri olmayan "İJ-18" markalı tüfəng götürülüb.

 

Demokratik.Az

Oxşar xəbərlər