“Krım Rusiyaya satılıb” ŞOK İDDİA

  • 07 mart 2017, 19:21

Kiyev 2014-cü ildə Krımı Rusiyaya sata bilərdi.

Axar.az xəbər verir ki, bunu "112 Ukraina” televiziyasına müsahibəsində Ukraynanın ilk baş naziri Vitold Fokin söyləyib.

"Bu versiya az inandırıcı olsa da, mövcuddur. Krımı sadəcə olaraq satıblar. Əgər yarımada Rusiyaya birləşməsəydi, Moskva onu həmişəlik itirəcəkdi. Buraya amerikalılar Bosforu keçib gələcəkdilər”, – deyə o bildirib.

Qeyd edək ki, Krım Ukrayna ərazisidir. Yarımada 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq olunub.

Demokratik.Az

Oxşar xəbərlər