Qırğızıstan XİN Azərbaycanla bağlı bəyanat verdi

  • 05 mart 2017, 09:04
Qırğızıstanın Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasət idarəsinin Qırğızıstanın İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabad deklarasiyasının siyasi bəndlərinə qoşulmamaq qərarına verdiyi kəskin reaksiyanı təəssüflə qarşılayıb.

Bu barədə Qırğızıstan XİN-in rəsmi bəyanatında deyilir.

"Hesab edirik ki, bu regional birlik ilk növbədə iqtisadi məsələləri həll etməlidir. Bununla əlaqədar olaraq, bir çox nümayəndə heyətləri mövqelərini bildirmişdilər ki, təşkilatın özü və İslamabad deklarasiyası siyasiləşdirilməsin. Bununla birgə, Qırğızıstan deklarasiyanın qəbul edilməsinin qarşısını almamış, yalnız siyasi bəndlərinin təsdiqindən çəkinmişdir”, - XİN bildirir.

"Qırğızıstan Respublikası Azərbaycan Respublikası ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda daim ərazi münaqişələrinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında tənzimlənməsinə tərəfdar olduğunu bildirib, o cümlədən diplomatik münasibət qurduğu hər bir ölkənin suverenliyini, müstəqilliyini və ərazoi bütövlüyünü tanıyıb”, - sənəddə əlavə olunur.

"Qırğızıstan Azərbaycanla və digər İƏT ölkələri ilə əlaqələrinin möhkəmləndirilməsində və genişləndirilməsində maraqlıdır”, - bəyanatda deyilir.

Xatırladaq ki, Qırğızıstan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabad sammitinin yekun bəyanatının siyasi bəndlərinə qoşulmayıb. Həmin bəndlərdə İƏT ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini biliriblər. Azərbaycan XİN və Azərbaycan Prezidentinin Administrasiyası Qırğızıstan rəhbərliyinin bu hərəkətini pisləyən bəyanatlar veriblər. 
Oxşar xəbərlər